Ermənistan ordusunun pilotsuz uçuş aparatı məhv edildi


Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təxribatların qarşısını almaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Bölmələri Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatını məhv edib. Pilotsuz aparat Füzuli istiqamətində vurulub.