Ermənilərin 170 əsgəri, 12 texnikası sıradan çıxdı - SON DƏQİQƏ

04 Nisan 2016
1 888
1
Ermənilərin 170 əsgəri, 12 texnikası sıradan çıxdı - SON DƏQİQƏ
Ermənilərin 170 əsgəri, 12 texnikası sıradan çıxdı - SON DƏQİQƏ

Panikada olan düşmən silah-sursatını ataraq mövqelərini qoyub qaçır.

FeaT.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir.

Son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox gozel qacin yaxshisi budur eger caninizi itimemek isteyirsizse torpaqlarida atib qacin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.