“Bu, Sarkisyanın Sonunu Gətirəcək” - Niyə Atəşkəs Elan Olundu? (Şərh)

05 Nisan 2016
2 971
3
“Bu, Sarkisyanın Sonunu Gətirəcək” - Niyə Atəşkəs Elan Olundu? (Şərh)
“Bu, Sarkisyanın Sonunu Gətirəcək” - Niyə Atəşkəs Elan Olundu? (Şərh)

“Cəbhədəki vəziyyəti prezident və Müdafiə nazirindən yaxşı bilən yoxdur. Yəqin belə məsləhət olub ki, hələlik atışma dayandırılsın”

FeaT.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə döyüşlərin dayandırılmsını şərh edərkən deyib. Onun sözlərinə görə, prezident atəşkəsə razılaşıbsa həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə belə qərar verib: “Hələlik, nə əldə etmişiksə həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəliləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə Ermənistan prezidenti Serj Sarkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, danışıqlar yenə uzanacaqsa bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladı”.

E.Şahinoğlunun fikrincə, bu müharibə ilə Sarkisyanın ölkə daxilindəki mövqeləri zəifləyib: “O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi az olan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrvandakı əsgər anaları “Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən?” şüarı ilə Sarkisyanın başını xarab edəcəklər. Digər tərəfdən, Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sarkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi”.

Politoloq bu məsələdə Sarkisyanın iki yolu olduğunu iddia edir: “Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı Ermənistanın itkilərinin artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl “münaqişənin” həlliylə bağlı “mərhələli həll” planına yaşıl yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sarkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki, Sarkisyan “mərhələli həll” planına razılaşacaqsa, ondan sorumazlarmı, “Əgər belə idisə 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Neco
    • Neco
    • 6 Nisan 2016 13:20
    Insallah sulh yolu ile torpaqlarimiz alinar Allah ozu butun esgerlerimizi qorusun
  2. Agaeva
    İnşAllah tezliyle bu muharibe qutarsin
  3. ALA GOZ
    9 offf bitsin bu dava artiq 14
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.