400 terrorçunun Qarabağa getməsi ilə bağlı rəsmi açıqlama

07 Nisan 2016
1 491
3
400 terrorçunun Qarabağa getməsi ilə bağlı rəsmi açıqlama
400 terrorçunun Qarabağa getməsi ilə bağlı rəsmi açıqlama

Türkiyənin “Yeni Şafak” qəzetinin yaydığı məlumata görə, PKK terror təşkilatı Ermənistana kömək üçün 400 döyüşçüsünü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndərib.

Məlumatda Kandil və Kamışlıdan gələn terrorçuların Ağrı dağından Ermənistana keçdiyi, daha sonra Göyçə gölü istiqamətindən Qarabağın qaynar nöqtələrə getdiyi qeyd olunub. Nəşr PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndiklərini yazıb.

FeaT.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı modern.az-a açıqlama verərək hazırda bu informasiyanın mənbəyinin araşdırıldığını söyləyib:

“Hazırda tərəfimizdən bu informasiyaların mənbəyi ilə bağlı araşdırmalar aparılır. Məsələ tam araşdırılıb müəyyən edildikdən sonra nazirlik olaraq mövqeyimizi açıqlayacağıq”.

Türkiyə saytlarının yaydığı xəbərlərdə terrorçuların İraq və Suriya düşərgələrindən gəlib Ağrı dağı vasitəsilə Ermənistana keçdiyi qeyd edilir.

Məlumatlara görə, PKK-nın Ermənistana hərbçi göndərmə planı Kürdüstan Cəmiyyətlər Birliyinin (KCK) həmsədri Bese Hozat tərəfindən həyata keçirilir. Onun İrəvanla gizli danışıqlar apardığı bildirilir.

Bundan başqa, o da bildirilir ki, PKK-nın Suriya qanadı olan PYD-nin tərkibindən 150 erməni əsilli terrorçu da Qarabağa göndərilib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Weher uWagi
    Ermənilərə baxeee... Öz müqəddəratını durub həll edə bilmir, hələ torpaq davası döyür... Allah təala onlara bir gün gözəl toy tutacaq, o gün çox uzaqda deyil... Rusiya kənarda dursa, ermənilər günü sabah güllə səsi olmadan bütün torpaqlarımızı qarış-qarış qaytararlar.
  2. allah bendesi
    eger eledise bizim ordumuza shubhe yoxda eger destek alinirsa israil bize destek gelse kifayyetdi bize bir cox olkelerden destek var onlar dushunsun destek almaga qalsa eger ..konullulerimiz yigishib getse 400 yalan olar desteye gerek bele qamaz
  3. ALA GOZ
    vay vayy dunya muharibəs oolacaq deyəsən
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.