Vəfatından 1 il Keçir

28 Nisan 2016
1 288
1
Vəfatından 1 il Keçir
Vəfatından 1 il Keçir

18 may 1962-ci ildə Qazaxstan Sovet Sosialist Respublikasının Kızıl-Orda şəhərində 3 oğul və 1 qız olmaqla, iqtisadçılar ailəsində anadan olmuş Batırxan Kamaloviç Şukenov (oğlanlardan ortancıl idi) – qazax və rus estrada müğənnisi, musiqiçi, saksofonçu, bəstəkar, şairdir. Həmçinin, Qazaxstanın əməkdar incəsənət xadimi (2010), UNİCEF-in Qazaxstandakı xoşməramlı səfiri (2009-2015), tərkibində geniş populyarlıq qazandığı “А-Студио” qazax-rus musiqi pop-qrupunun solisti və əsasını qoyanlardan biridir. 2000-ci ilin payızında qrupdan ayrıldıqdan sonra solo karyera ilə məşğul oldu. İqtisadçı-maliyyəçi olan Kamal Şukenoviç Şukenov (1935-2011), 1970-1998-ci illərdə Kızıl-Orda vilayəti maliyyə şöbəsinin rəisi işləmişdir. Batırxan, orta məktəbi 1979-cu ildə anadan olduğu şəhərdə bitirmişdir. Məktəb illərində musiqi dərnəyinə getməyə başladı, məktəbdən sonra isə 2 il təhsil aldığı Krupskaya adına Leninqrad dövlət mədəniyyət institutunun saksofon sinfi üzrə orkestr bölməsinə daxil oldu. Batırxanın sözlərinə görə, saksofonda ifaçılıq dərslərini dünyada məşhur saksofonçu Gennadiy Qolşteyndən, həmçinin saks-tenorçu Vladimir Rabikdən alırdı. Şukenov 1981-ci ildə K.Saqırbayev adına Alma-ata dövlət konservatoriyasının saksofon sinfi üzrə instrumental ifaçılıq fakultəsinə keçdi. 1982-ci ildə konservatoriyanın tələbəsi olaraq Batırxan, o zamanlar məşhur olan “Aray” qazax qrupuna musiqiçilər tərəfdən dəvət almışdır. O özünü burada instrumental caz kompozisiyaları ifa edərək virtuoz kimi təqdim etdi ki, 1983-cü ildə estrada artistlərinin VII Ümumittifaq müsabiqəsində laureat oldu. Batırxan Şukenov 1985-ci ildə Alma-ata dövlət konservatoriyasını bitirmiş, 1985-86-cı illərdə Orta Asiya hərbi dairəsinin qərargahının 12-ci orkestrini təmsil edərək Sovet Ordusunun sıralarında hərbi xidmət keçmişdir. Musiqiçilər “Alma-ata” adı altında öz qruplarını yaradaraq, Roza Rımbayevanın “Aray” qrupunu 1987-ci ildə tərk edirlər. Qrupun tərkibində saksofon ifaçılığından əlavə, Batırxan həm də özünün vokal karyerasına başlayır. Beləcə bir neçə albomlarla bərabər bu qrup1989-cu ildə ilk “Джулия” hitini bəstələyir. Qrup ilə Alla Puqaçova tanış olur və bu qrupu dərhal Qazaxstandan öz Mahnı teatrına, Moskvaya dəvət edir. Bundan sonra artıq “А-Студио” qrupunu bütün ölkə tanıyır. Bu məşhurluqdan sonra onların bir çox mahnıları işıq üzü görür. 2000-ci ilin payızında Şukenov qərara gəldi ki, qrupu tərk etsin və etnik musiqiyə qayıtsın. Batır, 2002-ci ildə “Otan ana” (“Ana torpaq”) adlı qazax dilində özünün ilk solo albomunu buraxır. 2013-cü ildə Batırxanın “Душа” adlı sonuncu albomu çıxdı. Qeyri-rəsmi nigahdan Batırxanın 2002-ci ildə anadan olmuş və anası ilə ABŞ-da yaşayan Maqsud adlı 1 oğlu var. 2008-ci ilin noyabrında 46 yaşlı Batırxan, Sankt-Pererburqda tanış olduğu 30 yaşlı Aygerim ilə rəsmən ailə qurdu. Bu evlilikdən onların övladı olmadı. Batırxan Şukenov 2007-2015-ci illərdə Qazaxstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin mədəniyyət üzrə məsləhətçisi idi.

Aktyor 2015-ci ildə “Россия-1” telekanalında yayımlanan “Один в один!” musiqili televiziya şousunda iştirak edirdi. O, may ayında bu Rusiya telelayihəsinin finalında çıxış etməliydi. Vəfat etməsinə baxmayaraq, əsaslarla birlikdə şounun qalibi elan olundu. Məhz bir il əvvəl, yəni 28 aprel 2015-ci il, təxminən 23:00 radələrində Batırxan Şukenov (müğənninin direktoru, Ruslan Maqomedovun şahidliyinə əsasən), özünün Moskvadakı mənzilində 53 yaşında (ilkin məlumatlara əsasən infarktdan) vəfat etmişdir. Allah Rəhmət Eləsin!

2005-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində “Твои шаги” mahnısı ilə Batırxan, Avroviziya 2005 musiqi müsabiqəsinə Rusiya milli seçiminin birinci yarımfinalında iştirak edir. Səsvermənin nəticələrinə əsasən o, 7-ci yeri tutaraq milli seçimin finalına keçmədi. Lakin, buna baxmayaraq, biz bu məşhur və sevilən mahnını sizə təqdim edirik. Təqdim etmək, tanış etmək bizdən, dinləmək və dəyər vermək sizdən. Buyurun...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    video acilmadi..hec tanimirdim cox sag olun paylashim ucun..ALLAH rehmet etsin..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.