Ağdamda SON VƏZİYYƏT: Məktəblər bağlanıb, sığınacaqlar yaradılıb

29 Nisan 2016
1 615
1
Ağdamda SON VƏZİYYƏT: Məktəblər bağlanıb, sığınacaqlar yaradılıb
Ağdamda SON VƏZİYYƏT: Məktəblər bağlanıb, sığınacaqlar yaradılıb

Azərbaycanın dinc əhalisi Ermənistanın təcavüzündən əziyyət çəkir. Gördüyünüz kimi, mülki insanlar yaralanıb, həlak olanlarımız da var.

Bunu Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, Ermənistanın son günlər evlərə raket zərbələri endirməsi nəticəsində 91 ev dağılıb: "Onlardan 16 ev tam yararsız vəziyyətə düşüb. Kütləvi surətdə iri və xırda buynuzlu mal-qara tələf olub. İnsanlar ermənilərin bu təcavüzü səbəbindən gündəlik işlə məşğul ola, tarlalarda çalışa bilmirlər. Çünki düşmən tərəfindən atəşə tutulur. Təmas xəttindəki kəndlərdə bir neçə yerdə sığınacaqlar yaradılıb, ictimai binaların zirzəmiləri sığınacaq kimi hazırlanıb. Həmçinin mühafizə qrupları yaradılıb, onlar polislə birgə mühafizəni həyata keçirirlər. Vəziyyətin gərgin olmasına baxmayaraq, insanlarda böyük ruh yüksəkliyi var, istənilən vaxt döyüşə atılmağa hazırdırlar və hər kəs istəyir ki, ermənilərlə döyüşərək torpaqları geri alsın. Bütün dünya bilməlidir ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Çəkilməyəcəklərsə, bu millət son damla qanına qədər döyüşüb düşməni öz yerində oturdacaq".

Dağılmış evlərin təmiri ilə bağlı icra başçısı bildirib ki, həmin ərazilərdə layihələndirmə və qiymətləndirmə işləri aparılır. Qısa müddətdə dağılmış evlərin bərpasına başlanacaq.

İcra başçısının müavini Ağa Zeynalov isə Trend-ə bildirib ki, Ağdamda cəbhə xəttinə yaxın kəndlərdə orta məktəblər fəaliyyətini dayandırıb: "Hazırda ermənilərin mülki şəxsləri intensiv atəşə tutması nəticəsində əhali bir yerə, o cümlədən məktəbə toplaşa bilmir. Çünki hər an erməni hərbi birləşmələri təmas xəttində yerləşən kəndləri intensiv atəşə tuturlar".

A.Zeynalov əlavə edib ki, hazırda 2 apreldə dağılmış Sarıcalı kənd orta məktəbi təmir olunur: "Yaxın zamanlarda bərpa işləri başa çatacaq".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    Offf Allah belalarini versin ermenilerin
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.