Sahib Ələkbərov: "Şou-biznes nümayəndələri gəlirlərini gizlədir"

18 Mayıs 2016
1 717
0
Sahib Ələkbərov: "Şou-biznes nümayəndələri gəlirlərini gizlədir"
Bu ilin yanvar-aprel aylarında Bakıda şadlıq evi və restoranlarda 6324 toy olub. Feat.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Sahib Ələkbərov: "Şou-biznes nümayəndələri gəlirlərini gizlədir"

Onun sözlərinə görə, bəzi şou-biznes nümayəndələri gəlirlərini gizlətməkdə davam edir: "Bir qrup şou-biznes nümayəndəsi qonorarlarını düzgün qeyd etmir. Onlar 20 manat qonorar aldığını qeyd edirlər. Bir qrup isə ümumiyyətlə iddia edir ki, toya getməyib. Bəs onlar necə dolanır? Hava ilə?!"

Nazir müavini əlavə edib ki, hazırda bu istiqamətdə maarifləndirici tədbirlər görülür. S. Ələkbərov qeyd edib ki, maarifləndirici tədbirlər nəticə verməsə, bu sahəyə nəzarət gücləndiriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.