SON DƏQİQƏ! İki rayona yeni icra başçısı təyin edildi!

19 Mayıs 2016
1 880
0
SON DƏQİQƏ! İki rayona yeni icra başçısı təyin edildi!
SON DƏQİQƏ! İki rayona yeni icra başçısı təyin edildi!


Feat.Az Prezidentin rəsmi saytına istinadən xəbər verir:
R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Rəcəb Abas oğlu Babaşov
Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Xatırladaq ki, bir öncə verilən sərəncam ilə Qazax Rayon İcra Başçısı A.N.Əsgərov vəzifəsindən azad edilmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.