Dövlət Statistika Komitəsinin rəsmi məlumatları

21 Mayıs 2016
1 406
0
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları
Dövlət Statistika Komitəsinin rəsmi məlumatları

Azərbaycanda işsiz statusuna malik olanlar daha çox Bakı şəhərində yaşayır.

FeaT.Az Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən xəbər verir ki, bu il mayın 1-ə olan məlumata əsasən, hazırda ölkə üzrə 33 779 nəfər işsiz statusuna malik insan var. Onların 7021 nəfəri işsizliyə görə müavinət alır.


Azərbaycandakı bütün işsiz statusuna malik olan insanların 14 743-ü Bakı şəhərində yaşayır. Onların 3113-ü işsizliyə görə müavinət alır.

Bölgələr üzrə isə ən çox işsiz statusuna malik olanlar Aran rayonları üzrədir.

Ümumilikdə işsiz statusuna malik olanların 2178-i Gəncə-Qazax iqtisadi rayonunun, 1002-i Şəki-Zaqatala iqtisadi rayonunun, 977-i Lənkəran iqtisadi rayonunun, 1230-u Quba-Xaçmaz iqtisadi rayonunun, 8001-i Aran iqtisadi rayonunun, 1705-i Yuxarı Qarabağ iqtisadi rayonunun, 1422-i Kəlbəcər-Laçın iqtisadi rayonunun, 825-i Dağlıq Şirvan iqtisadi rayonunun payına düşür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.