Türkiyə ordusu bu ölkəyə girir - Təcili

21 Mayıs 2016
1 140
0
Türkiyə ordusu bu ölkəyə girir - Təcili
Türkiyə ordusu bu ölkəyə girir - Təcili

Türkiyə hökuməti PKK terror təşkilatının Suriyanın şimalındakı mövqelərini dağıtmaq üçün strategiyasını açıqlayıb.

Hökumət Suriyanın şimalında Azez–Cerablus xəttinin təmizlənməsi üçün hazırlıqlarını tamamlayıb.

Bölgədə təşkil olunacaq genişmiqyaslı əməliyyatlarla bölgənin PKK-nın Suriya qolu olan PYD terrorçularından təmizlənməsi nəzərdə tutulur. Bundan sonra bölgə yenidən inşa olunaraq vətəndaşların ixtiyarına veriləcək.

Bu çərçivədə təşkil ediləcək genişmiqyaslı əməliyyatların 4 mərhələdən ibarət olacağı bildirilir: Əvvəlcə, bölgəyə havadan aviasiya zərbələri endirilərək terror təşkilatlarına aid sığınacaq və sursat anbarları məhv ediləcək. Daha sonra quru qoşunlarının əməliyyatlarına start verilərək bölgə terrorçulardan təmizlənəcək.

İkinci mərhələdə isə PYD terror təşkilatı tərəfindən bölgənin etnik quruluşunu dəyişdirmək üçün başqa bölgələrə sürgün olunan ərəblərin, kürdlərin, yezidlərin evlərinə qayıtması təmin olunacaq.

Üçüncü mərhələdə qaçqınlar üçün yaşayış məntəqələri qurulacaq. Dördüncü və sonuncu mərhələdə isə terrorçulardan alınaraq vətəndaşlara qaytarılacaq bölgədən Türkiyəyə qarşı hücumların qarşısını almaq üçün tədbirlər həyata keçiriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.