Son dəqiqə! Azərbaycanın Qərb bölgəsində güclü qasırğa başlayıb

23 Mayıs 2016
1 040
1
Son dəqiqə! Azərbaycanın Qərb bölgəsində güclü qasırğa başlayıb

Daşkəsən rayonunun yarısı elektrik enerjisiz qalıb.


Daşkəsən və Şəmkir rayonlarında güclü qasırğa bir sıra fəsadlar yaradıb.

Təxminən saat 18.00 radələrindən etibarən Daşkəsən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başlayıb.

Təbii fəlakət nəticəsində rayon mərkəzində olan ağaclardan bir neçəsi aşaraq elektirk naqillərini qırıb. Həmçinin ağac bir avtomobilin üzərinə düşərək maşını yararsız hala salıb. Güclü külək elektrik dirəklərinin bir neçəsini aşırıb.

Hazırda Daşkəsən rayonunun yarısı elektrik enerjisiz qalıb. Qasırğa bəzi yaşayış binalarının dam örtüyünü sıradan çıxarıb.

Rayon İcra Hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan hələlik rayon mərkəzində müəyyən olunub. Qasırğanın ətraf kəndlərdə təsərrüfatlara ziyan vurduğu da istisna edilmir.

Şəmkir rayon ərazisində isə bir sıra tikililərin dam örtüyünü dağıdan külək Bakı-Qazax magistral yolunda iri gövdəli ağacları yolun hərəkət hissəsinə aşırıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbrilər görür.
oxu.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Saida
    • Saida
    • 23 Mayıs 2016 23:22
    Ele qubadada
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.