İnstaqramdan möhtəşəm yenilik

24 Mayıs 2016
2 743
0
İnstaqramdan möhtəşəm yenilik


Yenilik izləyicilərin yaş və cinsiyyəti haqqında məlumat verəcək.

İnstaqramdan möhtəşəm yenilik

İnstaqramda satışla məşğul olanlar
Şəkil və video paylaşma platforması İnstaqram müəyyən təşkilati istifadəçilər üçün yenilik tətbiq etməyə hazırlaşır. Feat.Az-ın məlumatına görə, yenilik firmaların İnstaqram izləyicilərinə asanlıqla nəzarət edə bilməsini təmin edəcək.

Digər tərəfdən sosial şəbəkənin yaxın zamanlarda istifadəyə verəcəyi "təqibçi" yeniliyi izləyicilərin qız və ya oğlan olması, onların yaşları kimi bir çox xüsusiyyətləri istifadəçilərə çatdıracaq.

Bu daha çox İnstaqram vasitəsi ilə satış edənlərin işinə yarayacaq.

İnstaqramdan möhtəşəm yenilik

"Instagram"ın yeni loqosu
Ötən həftə milyonlarla istifadəçisi olan şəbəkə onu məşhurlaşdıran loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə isə "İnstagram" yeni görkəmə bürünüb.

Əslində yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayacaq.

"İnstagram"ın dizayn komandasının rəhbəri İan Spalterin sözlərinə görə, dəyişikliyin səbəbi incə cizgilərlə istifadəçilərin zövqünü oxşamaq, daha estetik bir görünüş yaratmaqdır.

"İnstagram" şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkədir. Şəbəkə 2010-cu ilin oktyabr ayında yaradılıb. Şəbəkə xüsusilə məşhur insanlar arasında daha çox populyardır.

anspress.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.