Bugün "Böyük yeddilik” (B7) sammitinin açılışı olacaq

26 Mayıs 2016
1 200
0
Bugün "Böyük yeddilik” (B7) sammitinin açılışı olacaq
Bugün "Böyük yeddilik” (B7) sammitinin açılışı olacaq
Bugün "Böyük yeddilik” (B7) sammitinin açılışı olacaq. Feat.Az-ın ANSPRESS-ə istinadən yaydığı xəbərə görə Yaponiya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa Böyük Britaniya dövlət başçıları Yaponiyanın Mie prefekturasında yerləşən İse-Sima parkında toplaşacaq. Qlobal iqtisadi, ticari, siyasi məsələlərin həlli, iqlim dəyişiklikləri samittin gündəliyində duran məsələlərdir.

B7 sammiti gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində baş tutacaq. Tədbirin təhlükəsizliyini təmin etmək üçün 23 min polis işçisi cəlb olunub. Sammitin keçiriləcəyi Kasikodzima adası, ona yaxın nəqliyyat qovşaqları mühafizə olunur. Pilotsuz uçan cihazlara qarşı xüsusi əməliyyat qrupları yaradılıb. Sularda təhlükəsizlik tədbirləri görülüb, polislər sürətli katerlər ilə təchiz olunub.

Yeraltı və dəmiryolu nəqliyyatında da xüsusi işlər görülüb. Paytaxtdan Naqayo şəhərinə gələn, eləcə də İse-Simu istiqamətində gedən stansiyalarda bütün saxlama kameraları bağlı saxlanılır. Bununla baş verə biləcək təxribat hallarına qarşı önləm alınıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.