Bütün Ağıllı İnsanların Tək Ortağ Özəlliyi: Gecə Gec Yatmaq.

29 Mayıs 2016
2 095
0
Bütün Ağıllı İnsanların Tək Ortağ Özəlliyi: Gecə Gec Yatmaq.
Gənc insanlar üzərində edilən araşdırmaya görə, ağıllı şəxslər gecə saatlarını yataraq keçirməkdə istəksiz olurlar.

Araşdırmanın nəticələri belədir:

(IQ < 75)
Həftə İçi: 23:41 - 7:20
Həftə Sonu: 01:13 - 10:14

(90 < IQ 125)
Həftə İçi: 00:29 - 7:52
Həftə Sonu: 01:44 - 11:07


1. Ayda bir növ elektrik var sanki. Bir növ nəbz atışı, bir enerji, Günəşin aydınlığında tapılmayan bir şey.
Yüz illərdir göz ilə görülməyən şeylər ilə, qaranlıqda edilən işlər ilə və müxtəlif sirlərli oldu Ayın. Əslində Ayın ortaya çıxdığı gecə saatları, vəhşi qəlblərin və qayğısız ruhların zamanıdır. Ayın qaranlığında planlar edilər və zəif işığında sirlər ortaya çıxar.

2. Ancaq gecələr fərqinə varırıq gerçək arzularımızın.
Əslində bax belə zamanlarda aşiq olarıq. O bütün arzusu ilə bizi bitirən güclü və qarşılıqsız sevgi bax belə zamanlarda yenə oyanar və gün işığında olan halından olduqca fərqli görünər.

Günəşin təpəmizdə olduğu zamanlarda yaşadığımız pis xatirələrimizi xatırlayarıq gecə saatlarında. Gecə çökdüyündə bizlər şair və filosof olarıq, öz təbiətimizi kəşf edərik.

Keçmişə dair peşmanlıqlarımız gecələr gələr ağlımıza və beləcə bizi incitmiş olan insanlara duyduğumuz nifrətin də fərqinə vararıq. Göz yaşlarımıza gecələr boğularıq və bizi təsəlli edə biləcək tək şey gecənin hüzuru olar.

3. Gecə ehtirasdır, bir sevgi hekayəsidir və düşüncənin zamanıdır.
Gecə saatlarında, ulduzların altında, ən həssas və boğduğumuz duyğularımız çıxır ortaya. Gün boyunca edə bilmədiyimiz və düşünə bilmədiyimiz şeylərin ortaya çıxdığı əsrarəngiz bir xatirədir gecənin qaranlığı.

Gecə saatlarında oyaq qalmağı seçən və Ayın enerjisini özünə çəkən insanların daha yaradıcı və açıq görüşlü olduğu danılmaz bir həqiqətdir. Bu çox açıqdır ki, erkən saatlarda yuxuya dalan insanlar, gecənin sehri içində psixoloji və emosional dəyişiklikləri yaşamadan həyatlarına davam edirlər.

4. Oralama zəkaya sahib olan insanlar cəmiyyətin dediyi yuxu nizamını izləyərkən, zəkası ortalamanın üzərində olanlar öz yuxu nizamlarını yaradırlar.
London İqtisadiyyat və Siyasi Elmlər Universitetinin psixoloqlarından Satoshi Kanazawa'ya görə, fərdlərin IQ səviyyələri və yatma alışqanlığları arasında birbaşa əlaqə var. Kanazawa'nın məlumatına görə, gecə gec saatlara qədər oyaq olan insanlar tez yatanlara görə daha ağıllıdır.

Bu araşdırma zamanı ilk əsrlərdən olan örnəklər belə yoxlanıldı və beləliklə IQ - Yuxu Nizamı əlaqəsinin yalnızca günümüzə aid bir şey olmadığı, günəşin batması ilə yatan və doğması ilə oyanan insanların yaşadığı dövrlərdə belə keçərli olduğu vurğulandı.

5. Ağıllı insanlar gecə saatlarında öz şüurlarına doğru bir səyahətə çıxarlar.
Gün ərzində ətrafınızdakı insanların və yaxud etməkdə olduğunuz işin sizə mane olması səbəbindən xəyallar aləminə qapılmaq çox çətindir. Ağıllı insanlar gecə saatlarını xəyal quraraq dəyərləndirir və zehnlərinin dərinliklərinə dalaraq düşüncələrinə fokuslanırlar. Bu insanlar üçün günün ən yaradıcı və faydalı zamanı gecə saatlarıdır.

Gün ərzində hamımız bir növ müxtəlif rolları oynamaq məcburiyyətindəyik. İş yerində, məktəbdə və yaxud ətrafda insanların olduğu hər hansı bir anda, vəziyyətin tələb etdiyi kimi davranırıq. Lakin gecə saatlarında yalnız qaldığımızda əsl özümüz ortaya çıxa bilir və özümüz özümüzü ən sadə halımızla dəyərləndirə bilirik.

Ağıllı insanlar üçün gecə saatları demək öz fikirlərinə və limitlərinə meydan oxumaq anlamına gəlir. Hər kəs yuxuya daldıqdan sonra zehnlərinin dərinliklərində qalmış düşüncələri üzə çıxararaq öz şüurlarına bir səyahətə çıxır ağıllı insanlar.

6. Ağıllı insanlar nizama qarşıdır.
Hər kəsdən ən azı bir dəfə "bu vaxta qədər niyə oyaqsan?" deyə soruşulmuşdur. Gecə oyanan bir Ananın hələ də oyaq olan oğlunu/qızını gördüyü anda söyləyəcəyi ilk cümlə budur. Burdan da başa düşülür ki, gecə gec saatlara qədər oyaq qalmaq hər zaman bir növ etiraz olmuşdur.

Psychology And Individual Differences adlı məqalədə yayımlanan Why The Night Owl Is More Intelligent (Gecə Quşlarının Daha Ağıllı Olmasının Səbəbi) adlı məqalədə insanların tarixi müddət ərzində gündüzlər çalışıb gecələr yatmağa proqramlandırıldığı söylənilir.

Ağıllı insanlar var olan bir anlayışa/dəyərə qarşı gəlir və digər insanlara görə "öz dəyərlərini yaratmaq və yerinə yetirmək mövzusunda olduqca bacarıqlıdırlar." Bir şəxsin özünə məxsus dəyərləri olması əslində bu şəxsin etdiyi işdə müvəffəqiyyətli olacağı anlamına da gəlir.

Məqalədə bildirilənə görə, ağıllı insanlar kəşf etməyə və qanunlara meydan oxumağa daha uyğundurlar. Bu insanlar zehinlərini və qavramalarını genişlətmək üçün ətrafda baş verənləri sorğulayır və gecə saatlarını bu iş üçün istifadə edir.

7. Ağıllı insanlar digərləri ilə müqayisədə daha açıq görüşlüdürlər. churchm.ag
Gecə saatlarında təcrübə etdiyimiz şeylər əsasən gün ərzində edə bilmədiyimiz şeylərdir. Musiqiçilər ən yaxşı bəstələrini gecə saatlarında bəstəliyir və filosoflar da ən təsirli düşüncələrinə yenə gecə saatlarında çatırlar.

Esquire'a görə, gecə saatları eyni zamanda seks zamanıdır. Araşdırmanın nəticəsinə görə, gecə gec saatlarda yatan fərdlər digər insanlara görə daha sağlam və gərgin bir cinsi həyata sahibdir. Açıq görünüşlü olmaq, cinsi əlaqəyə də açıq və azad bir yaxınlaşmanı özü ilə birlikdə gətirir.

Gecənin sirlərinə qapılıb gec saatlara qədər oyaq olmağı seçən insanlar, tez yatan insanların əsla bilə bilməyəcəyi aləmlərdə tapırlar özlərini. Bu insanlar sərhədlərini yoxlamaq və qaranlıqda qalmış sirləri kəşf etmə mövzularında daha istəklidir.

8. Ağıllı insanlar zamanı mümkün olan qədər ən məhsuldar şəkildə istifadə edərlər.
Səhərlər tez oyananlar bir soxulcanın yaş küçələrdə hərəkət etdiyini görə bilər, lakin soxulcanı yuvasına girmədən öncə son görənlər yenə gecə yatmayanlar olur.

Tez oyanmaq şəxsin zamanını dəyərləndirməsi bucağından baxdıqda qətiyyətlə doğru və faydalıdır. Edilən araşdırmalara görə, gecə gec saatlara qədər oyaq olmaq da bu mövzuda ən az tez oyanmaq qədər dəyərlidir. Bir fərdin tez yatması zamanı - səhər çox erkən saatlarda oyansa belə - əsla yoxlaya bilməyəcəyi şeylər var.

Gecə saatlarında havadan izah edilə bilməyən bir yaşam süzülər və şəxs qarşında olan günün enerjisini hiss edə bilər. Bunun əksinə, səhər saatlarında sonsuz bir dövredən prosesin adi bir parçası kimi hiss edər insan özünü.

Unutmayın: Günün ən gözəl zamanı hamı yatdıqdan sonra başlayır!
kenquru.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.