Böyük Britaniya Avropa İttifaqından çıxdı - Dünya ŞOKDA

24 Haziran 2016
1 381
0
Böyük Britaniya Avropa İttifaqından çıxdı - Dünya ŞOKDA
Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmayacağını müəyyən edən referendumun nəticələri açıqlanıb.

Feat.Az modern.az-a istinadən xəbərinə görə , bu barədə məlumatı BBC yayıb.
Məlumata görə, 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib.
Referendumda iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib.

Seçici fəallığının göstəricisi ölkədəki 382 dairə üzrə müəyyənləşdirilib. Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər.
Beləliklə, artıq Böyük Britaniya Avropa İttifaqından çıxıb.

Bakı vaxtı ilə saat 13.00-da Britaniyanın baş naziri Devid Kemeron referendumun rəsmi nəticələri ilə bağlı bəyanatla çıxış edəcək.

İyunun 23-də Britaniyada keçirilən referndumda seçicilər iki sualdan birini cavablandırıb: Birləşmiş krallıq Avropa İttifaqının üzvü olmalıdırmı? Birləşmiş Krallıq Avropa İttifaqından çıxmalıdırmı?
Referendumda iştirak etmək üçün 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Britaniya üçün rekord sayılır.
Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünə dair referendumda yekun seçici fəallığı 72,1 faiz olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.