Bu gecə Azərbaycanda birinci Qədr gecəsidir

24 Haziran 2016
2 717
0
Bu gecə Azərbaycanda birinci Qədr gecəsidir
Azərbaycanda birinci Qədr (əhya) gecəsi iyunun 24-dən 25-nə keçən gecə qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ramazan təqviminə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-cu gününə keçən gecəyə təsadüf edir.

QMİ sədrinin müavini hacı Fuad Nurullah "Report"a bildirib ki, Qədr gecələrində Azərbaycanda fəliyyət göstərən məscidlərin böyük əksəriyyəti səhərə kimi açıq olur və insanlar məscidlərdə ibadətlə məşğul olurlar. Onun sözlərinə görə, müqəddəs "Quran"ın bütöv şəkildə nazil olması Ramazan ayına təsadüf edir: "Ramazan" ayının son ongünlüyündə Qədr gecələri saxlanılır. "Quran"nın nazil olması bu günlərdən birinə təsadüf etdiyindən insanlar həmin gecələri dua edib ibadətlə məşğul olurlar. Allah bütün ibadət və duaları qəbul etsin!"

Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 26-dan 27-nə (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 28-dən 29-na (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyulun 2-dən 3-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.