Messiyə həbs ŞOKU

06 Temmuz 2016
2 030
0
Messiyə həbs ŞOKU
2007-2009-cu illərdə reklam gəlirlərinə görə, 4,1 milyon avro vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi və meneceri olan atasının məhkəməsi başa çatıb.

Feat.Az bizimyola istinadən xəbər verir ki, bu gün Barcelona məhkəməsində keçirilən prosesdə qərar açıqlanıb. Ulduz futbolçu Messi və atası Jorge Horacioya vergidən yayındıqları üçün 21 ay həbs cəzası verilib.

Messinin vəkilləri futbolçu haqqındakı ittihamların qaldırılmasını tələb etsə də hakimlər tələbi rədd edib.

Qaydalara görə həbs cəzası 2 ili keçmədiyi üçün Messi və atası həbs yatmayacaqlar.

L.Messinin 2 milyon, atasının isə 1.5 milyon avro ödəyəcəkləri gözlənilir.

Qeyd edək ki, xəbəri "La Vanguardia" qəzeti təsdiqləyib.

Xatırladaq ki, Messi və atasının vergidən yayınma məsələsi 2013-cü ildə gündəmə gəlmişdi. Messi 2013-cü ilin sentyabrında verdiyi ifadədə imza atdığı sənədlərin heç birini oxumadığını və bunlarla atasının maraqlandığını demişdi.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.