Telefonunuza gələn gizli zəngləri açmağın yolları

10 Ağustos 2016
3 086
0
Telefonunuza gələn gizli zəngləri açmağın yolları
Yəqin ki, bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər-istəməz telefon istifadəçilərini narahat edir.
Hər kəs gizli zəngin kim tərəfindən olunması ilə maraqlanır və həmin adamı müəyyən etməyin yollarını axtarır. Feat.Az olke.az-a istinadən bildirir ki, gizli zənglərin təyin olunması üçün 3 yol var.

Birinci üsul. Əgər siz Azercell abonentisinizsə və sizə gizli nömrədən zəng gəlirsə, bu zaman sizə həmin gizli zəngi açmaq üçün Bakcell nömrə lazımdır. Sizin nömrəyə (Azercell-ə) zəng gələn zaman Bakcell nömrə də açıq olmalıdır. Sizə zəng gələ-gələ telefonunuzla **67*055-------# kodunu yığın. Sonra isə dərhal telefonunuzun NO düyməsini basın. Yəni zəngi söndürün. Bu zaman zəng sizin Bakcell nömrənizə yönlənəcək və Bakcell nömrə olan telefonda gələn zəng açıq görünəcək.

İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu _Ev nomrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonu nömrə yazan olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirmədən çıxmaq üçün isə ##002 kodunu yığmaq lazımdır.

Üçüncü usul. Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə - Azercell ve Bakcell nömrələr olmalıdır. İlk olaraq Azercell nömrənizi yönləndirirsiniz BakCell nömrəsinə, hansıki bu Bakcell nömrəyə gizli nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönləndirən zaman "nə zaman məşğuldur" ayarını seçməlisiniz. Sonra isə Azercell-ə zəng edib operatorun XƏBƏRDARLIĞINI - "Bu nömrə başqa nömrəyə yönləndirilmişdir. Xahiş edirik gözləyin" sözlərini ləğv etdirmək lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman "odboy" etməklə telefon məşqul göstərir və gələn zəngi Bakcell nömrəsinə yönləndirirsiniz. Nəticədə gizli nömrə aşkarlanmış olur. Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə zəngimcell olmamalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.