Miss Union 2017 nin milli seçim turu keçiriləcək - BAKIDA

16 Ekim 2016
1 531
0
Miss Union 2017 nin milli seçim turu keçiriləcək - BAKIDA
2017-ci ilin əvvəlində Bakıda “Miss Union 2017” Beynəlxalq Gözəllik Müsabiqəsinin milli seçimi keçiriləcək.

Bunu Aile.lent.az-a açıqlamasında “Miss Union”un Azərbaycandakı direktoru, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova deyib. O bildirib ki, qalib 2017-cu ilin martında Vyanada keçiriləcək müsabiqənin finalında iştirak edəcək.

“Miss Union” öz mədəniyyətini və ənənələrini zəriflik qataraq, müasir üslubda təmsil edən müxtəlif ölkələrin gözəllərinin birliyidir.

“Miss Union” xeyriyyə layihəsinin əsas məqsədi onkoloji xəstəliklərlə mübarizə üçün vəsaitlərin yığılmasıdır. Müsabiqənin əsas devizi belədir: "Dünyanı gözəllik xilas edəcək". Münsiflər heyəti iştirakçıları aşağıdakı göstəricilər üzrə qiymətləndirir:
Xarici obraz

Milli mədəniyyətin təqdimatı
İntellektual bacarıqların təqdimatı

Xatırladaq ki, “Miss Union 2016”ın finalı avqustda Bakıda keçirilib. Gürcüstanlı Maya Amaşukeli qalib olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.