İnsanları qoruyan 9 qəribə hal - SİYAHI

23 Kasım 2016
1 407
0
İnsanları qoruyan 9 qəribə hal - SİYAHI
İnsanı qoruyan 9 qəribə hal

Bizim bədənimiz çətin bioloji proseslərin ibarət bir sistemdir. Çox zaman biz bu prosesləri anlamırıq.

Qoruyucu mexanizmlər də onlardan biridir. Onlar bizə 24 saat yardım edir və zərər verəcək mənfi təsirlərdən qoruyur.

Əsnəmək
Əsnəməyin əsas məqsədi yorğunluğu götürmək, gərginliyi azaltmaq, ciyərlərin havasını dəyişməkdir.

Asqırmaq
Biz adətən burnumuzda mikrob və toz yığılarkən asqırırıq. Asqıraraq bədən yığılmış "zibildən” qurtulur.

Gərnəşmə
Səhər oyanarkən bədənimizi gündəlik qayğılara hazırlamaq üçün qeyri-ixtiyari gərnəşirik. Dartınma həm də qan dövranını normaya salır, əzələlərin tonusunu artırır və sadəcə olaraq əhvalı yaxşılaşdırır.

Hıçqırıq
Tez-tez yeyəndə, iri tikələri udanda qarına daha çox hava gedir. Orqanizm bundan hıçqıraraq xilas olmağa çalışır.

Yuxuda birdən yıxılmaq
Yuxuya gedərkən birdən kiminsə sizi itələməsini xatırlayırsız? Bütün əzələləriniz birdən gərginləşir və hiss edirsən ki, aşağı doğru düşürsən və həmin an oyanırsan.

Məsələ ondadır ki, yuxuya gedərkən nəfəsiniz yavaşıyır, nəbziniz isə hiss olunmayacaq dərəcədə azalır. Bu an beyin öldüyünü zənn edərək, orqanizmə yuxudan oynamaq komandası verir.

Barmaqlarda büzüşmə
Alimlər hələ bu yaxınlarda çiməndən sonra barmaqlarımız da yaranan qırışıqların səbəbini tapıb. Bu xüsusiyyət bizə əcdadlarımızdan keçib. Belə ki, qırışıq barmaqlarla yaş daşlara dırmaşmaq daha rahat idi. Yəni ayaqlarda və barmaqlarda olan qırışıqlar sürüşkən yerlərdə daha rahat hərəkət etməyimiz üçündür.

Yaddaşın itməsi
Yaddaşın itməsi çox zaman insanın yaşadığı stressli həyatla bağlıdır. Beynimiz bizi qorumaq üçün pis xatirələri yaddaşımızdan silir.

Ördəksayağı dəri
Birdən-birə soyuq hiss edərkən , orqanizm bədəndə yığdığı istini saxlamaq üçün tüklər ürpərdir. Bu hadisə ördəksayağı dəri adlanır. Həmçinin tüklərin ürpərməsi qorxudan və həyəcandan da baş verə bilər.

Göz yaşı
Göz yaşı gözdə olan tozu və çirki çıxarmaqla yanaşı, onun "emosional təhlükəsizliyi” mexanizmi var. Alimlərin dediyinə görə, güclü emosional anlar yaşadıqda bədən yeni qıcıqlanma mənbəsi yaradaraq, bizim çəkdiyimiz ağrını azaldır.

Bu sadəcə bədənimizə təşəkkür edəcəyimiz bir neçə səbəblərdən biridir. O, hər dəqiqə dayanmadan bizi qorumaq üçün çalışır. Ən çətin anlarımızda bədənimizin bizə yardım etməsinə icazə verməliyik. /publika.az/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.