Oqtay Əsədov Azərbaycanın pullarından danışdı - Gəlirlərdə azalma...

06 Aralık 2016
1 166
0
Oqtay Əsədov Azərbaycanın pullarından danışdı - Gəlirlərdə azalma...
"Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Oqtay Əsədov deyib.

"Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb. Gələn il real iqtisadi artım proqnozlaşdırılır. Neftdən asılılığın azaldılması isə qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Dövlət büdcəsinin gəlir və xərclərində azalma olub. Amma sosisalyönümlülük saxlanılır. Sosial və məqsədli dövlət proqramlarına istisna olmaqla xərclər azaldılıb. Ölkənin müdafiə qüdrətinin və təhlükəsizliyinin qorunub saxlanılması üçün ölkə büdcəsində kifayət qədər vəsait ayrılıb", - deyə spiker qeyd edib.
"Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək", - deyə O.Əsədov qeyd edib.
report
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.