"Qarabağ" Avroliqa ilə vidalaşdı

08 Aralık 2016
1 622
0
"Qarabağ" Avroliqa ilə vidalaşdı
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Feat.Az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub.

Digər oyunda PAOK "Slovan"a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

8 dekabr

Avropa Liqasının qrup mərhələsi

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya) - 1:2
Qollar: Vesino, 60 (0:1), Reynaldo, 73 (1:1), Kyeza, 76 (1:2)
Qırmızı vərəqə: Kyeza, 84 ("Fiorentina")
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) - 2:0
Qollar: Qarri Rodriqes, 29, Pelkas, 67
qol.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.