Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

12 Aralık 2016
1 779
0
Hava kəskin dəyişəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında dekabrın 13-də hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Arabir güclənən mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Feat.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-6° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.