Metronun qarşısında 21 yaşlı oğlanı öldürən 17 yaşlı gənc polisə təslim olub
Bakıda metronun "Memar Əcəmi" stansiyası qarşısında 21 yaşlı oğlanı öldürən şəxs polisə təslim olub.
Feat.Az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1999-cu il təvəllüdlü təvəllüdlü Hüseynov Mirismayıl Mircəlal oğlu könüllü olaraq Polis İdarəsinə gələrək təslim olub.
O, ilkin ifadəsində öldürdüyü şəxsin sosial şəbəkədə 13 yaşlı bacısı ilə danışaraq, görüşə dəvət etdiyi üçün bu hərəkəti etdiyini deyib.