İnstagram-da VACİB YENİLİK

15 Aralık 2016
1 677
0
İnstagram-da VACİB YENİLİK
İnstagram istifadəçiləri bundan sonra bəyəndikləri postları özləri üçün qeyd edə biləcəklər.

Bəs bu yeni xüsusiyyət necə çalışacaq?

"Snapchat"a qarşı Instagram variantını sınaqdan keçirən Zukerberq indi də İnstagram-dakı paylaşımların yadda saxlanılmasını təmin edən bir xüsusiyyəti əlavə edib.

Feat.Az hurriyet-ə istinadən xəbər verir ki, Instagramı yeniləməklə gələn bu funksiya istifadəçilərə daha sonra araşdırmaq istədikləri hər hansı bir paylaşımı yadda saxlamağa kömək edir.

"Save" edilən paylaşımlar, Instagram-da meydana çıxan yeni bir titrin altında saxlanır. İstifadəçi istədiyi zaman bu keçidə toxunaraq orada topladığı paylaşımları offline olaraq izləyə biləcək.

Bir paylaşımı İnstagram-ın yaddaşında saxlamaq üçün paylaşımın sağ istiqamətdə altındakı mötərizə işarəsinə toxunmaq kifayət edəcək.

Qeyd edək ki, bu paylaşımlara videolar da daxildir.

Yeni funksiya Instagram-ın 10.2 versiyası üçün keçərlidir. Sözügedən İnstagram funksiyası ABŞ-dan başlayaraq mərhələ-mərhələ bütün dünyada yayımlanacaq.
milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.