9-cu sinif üzrə buraxılış imtahanında fənlərin sayı artırıla bilər

19 Aralık 2016
2 235
0
9-cu sinif üzrə buraxılış imtahanında fənlərin sayı artırıla bilər
2017-ci ildən 9-cu sinif üzrə buraxılış imtahanlarında xarici dil üçüncü imtahan fənni kimi əlavə oluna bilər.

Feat.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hazırda 11-ci sinif üzrə buraxılış imtahanlarında şagirdlər xarici dildən imtahan verirlər: "Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyatdan imtahan verəcəklər. Ola bilsin ki, gələn ildən 9-cu sinifdə də üçüncü fənn kimi xarici dil əlavə olunsun. Biz bu il bununla bağlı monitorinq imtahanları keçirərək nəticələrini ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik".

M.Abbaszadə deyib ki, bu il 9-cu sinif üzrə imtahanlar fevralın sonu - martın əvvəlində 4 region üzrə keçiriləcək. İlk imtahan Bakıda baş tutacaq. Ümumilikdə bütün ölkə üzrə birinci mərhələnin imtahanlarının üç həftə ərzində, yəni martın sonuna kimi yekunlaşdırılması planlaşdırırılır.

M.Abbaszadə deyib ki, ikinci mərhələnin də imtahanları iyunun 15-dən sonra 4 bölgə üzrə keçiriləcək: "İkinci mərhələnin imtahanları qapalı testlər olacaq. Onların nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək. Mayın əvvəlində isə birinci mərhələnin nəticələri elan olunacaq".

M.Abbaszadə iki ildən sonra 9-cu və 11-ci sinif şagirdləri üçün vahid imtahanların keçirilməsinin mümkün olub-olmayacağına da münasibət bildirib.

Onun sözlərinə görə, ilk olaraq bu ilki buraxılış imtahanlarının nəticələri müzakirə olunmalıdır. Nəticələrdən asılı olaraq isə müəyyən fikir söyləmək olar./trend.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.