"Apple"-dan Donald Trumpa cavab gəldi
Yanvar ayında Ağ Evə yerləşəcək olan Trump, kampaniya dövrü boyunca verdiyi sözlərdən biri olan "Müsəlman işlə/çalışanları qeyd altına alma" sözü böyük texnologiya şirkətləri tərəfindən təsdiqlənmir. Apple Trump tərəfindən təklif edilən bu sistemi rədd edən texnologiya şirkətləri arasına qatıldı. Şirkətin şərhindən sonra Google və Uber də yeni ABŞ başçısının vədini rəsmi olaraq geri çevirdiklərini açıqladı.
Apple şirkətinin Buzzfeed saytına verdiyi açıqlamasında qeyd edilir ki;
"Biz insanlarla müstəqil bir şəkildə davranılmasından yanayıq. Bizə bu mövzuda rəsmi bir tələb gəlməyib, ancaq biz belə bir sistemin yaradılmasına qarşıyıq."
“Google” müsahibəsində şirkətlərinə Ağ Ev tərəfindən hər hansı bir rəsmi məlumat gəlmədiyini, lakin gəldiyi təqdirdə qətiliklə qəbul edilməyəcəyi bildirib. “Uber” də xeyr cavabını verərək, sistemə reaksiyasını açıq və dəqiq bir şəkildə dilə gətirib. Daha əvvəlində Microsoft, Facebook, Twitter və WordPress, Trumpun bu vədini geri çevirmişdi.
akgündem.tr