Tələbə qəbulu qaydalarında dəyişiklik
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları", "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları", "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları" və "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nə dəyişiklik edilib.
Bu dəyişikliklərə əsasən, rezidenturaya, magistraturaya və bakalavriat səviyyələrinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçiriləcək.
İndiyədək isə tələbə qəbulları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (rezidentura səviyyəsi üzrə isə Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilirdi.
Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda cari ilin aprel ayında təsdiq edilmiş Dövlət İmtahan Mərkəzinin (DİM) Nizamnaməsinə əsasən, DİM publik hüquqi şəxsdir (TQDK və DQMK kimi mərkəzi icra hakimiyyəti orqanı deyil) və gələn ildən DİM-ə müvafiq fərmanla həvalə olunmuş vəzifələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.