İstifadəçilər WhatsApp-a görə "Facebook"u məhkəməyə verdilər
Səbəb isə şirkətə məxsus olan WhatsApp messencerinin, istifadəçi məlumatlarını yığıb onları yaymasıdır. 2016-cı ilin Avqust ayında istifadəçilər ilk dəfə aşkar etdilər ki, messencer, istifadəçilərin məlumatlarını yayır. Belə ki, tətbiq, avtomatik olaraq istifadəçinin Facebook hesabı ilə sinxronlaşdırılırdı. Beləliklə istifadəçinin telefon nömrəsi, adı, soyadı, doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu. Mütəxəssislərin fikrincə sözügedən sxem ilə Facebook-dakı hər-hansısa istifadəçinin dostları haqqında məlumatlar götürülür. WhatsApp, istifadəçilərdən, öz məlumatlarını Facebook ilə bölüşməyi istəyib-istəmədiklərini soruşmur.
İstifadəçilər, İstehlakçı Təşkilatlarının Federasiyasına müraciət ediblər. Beləliklə federasiya adından məhkəmə iddiası açılıb. Federasiya, WhatsApp-a, istifadəçi məlumatlarının Facebook ilə əlaqələndirilməsi prosesinin ləğv edilməsi niyyətindədir. Bundan əlavə təşkilat təmsilçiləri tələb edirlər ki, indiyənə kimi əldə olunmuş məlumatlar pozulmalı və bundan sonra istifadəçi razılığı olmadan bu cür proses həyata keçirilməməlidir. WhatsApp-da isə qeyd ediblər ki, şəxsi məlumatların bu üsulla əldə olunması, istifadəçi razılaşmasına daxildir. Şirkət rəsmiləri qeyd ediblər ki, məxfilik siyasəti və tətbiqdən istifadə şərtləri, Avropa Birliyi tərəfindən təyin olunmuş qayda və normalara tamamilə uyğundur.
technote.az