Bəzi banklar dolların satışını daha da ucuzlaşdırıb

08 Şubat 2017
1 687
0
Bəzi banklar dolların satışını daha da ucuzlaşdırıb
Limitsiz dollar satan "NBC Bank”ın günorta saatlarında Amerika valyutasının satış qiymətini 1,79 manata endirdikdən sonra, digər banklar da ABŞ valyutasının satış qiymətini aşağı salıblar.

Artıq "Amrahbank” da dollara 1,78 manat satış qiyməti təyin edib. Bu bank dolları 1,68 manata alır.

"Günay Bank”ın da dolların satış qiymətini 1,78 manata endirdiyi bildirilir. Digər dollar satan "Bank Respublika” Amerika valyutasını 1,80 manatdan satır.

Günortadan sonra bu bank 100 min dollar limitlə və 1,80 manatdan dollar satışına başladıqdan sonra digər banklarda da Amerika valyutasının satış qiymətləri aşağı düşməyə başlayıb.

Dolların alış qiyməti daha çox düşüb. Artıq 4 bank dolları 1,70 manatdan aşağı qiymətlərə alır. 1 dolları "Bank of Baku” 1,68 manata, "Nikoil Bank” 1,65 manata, "Amrahbank” 1,68 manata, "TuranBank” 1,68 manata alır.

Marja.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.