iPhone 8 - in Qiyməti Necə Olacaq?

10 Şubat 2017
3 244
0
iPhone 8 - in Qiyməti Necə Olacaq?
Feat.Az xarici KİV-ə istinadən bildirir ki, bu dəfə yeni modelin qiyməti barədə məlumatlar yayımlanıb.

Belə ki, Fast Company-nin hesabatına görə, iPhone 8-in qiyməti təxminən 1000 dollardan artıq ola bilər.

Qeyd edilir ki, iPhone 6, 6s və 7 modellərində bir-birinə bənzər dizayndan istifadə edən Apple 10-cu ilinə özəl olaraq iPhone 8 üçün tamamilə yeni bir dizayn istifadə edib.

Bu xəbərlərin qaynağı isə Apple-ın Asiyadakı təchizatçılarıdır.

Onlar bildirib ki, şirkətin 10-cu ilə özəl olaraq tədim edəcəyi iPhone 8 modeli iPhone X adlandırılacaq.

Fast Company-nin hesabatına görə, 5.8 düym ekranla gələcək iPhone 8 OLED panel istifadə edəcək.

Paslanmayan polad çərçivəyə sahib olması gözlənilən iPhone 8 iPhone 7 Plus modelində də gördüyümüz cüt kamerayla təqdim ediləcək.

Təchizatçılar bildirib ki, fiziki “home” düyməsi istifadə etməyəcək iPhone 8, barmaq izi sensorunu ekranın altına yerləşdirəcək.

Məlumatlarda 4.7 düym böyüklüyündə bir iPhone 7S və 5.5 düym böyüklüyündə iPhone 7S Plus modellərinin də təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, iPhone 7 ailəsinin ən ucuz modeli 32 GB iPhone 7-nin qiyməti 650, ən bahalı modeli olan 256 GB iPhone 7 Plus-un 969 dollardır.

Yeni modelin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.