Sabah Azərbaycanda 21 dərəcəyədək istilik gözlənilir

25 Şubat 2017
1 386
0
Sabah Azərbaycanda 21 dərəcəyədək istilik gözlənilir
Bakı və Abşeron yarımadasında fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Feat.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-6° isti, günün birinci yarısında 11-16° isti, günün ikinci yarısında 7-11° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16°, günün ikinci yarısında 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman. Lakin gündüz bəzi şimal rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.