Hamilə qadınlar saç spreyindən istifadə edə bilər? - HƏKİMLƏR XƏBƏRDARLIQ EDİR

24 Mart 2017
1 477
0
Hamilə qadınlar saç spreyindən istifadə edə bilər? - HƏKİMLƏR XƏBƏRDARLIQ EDİR
Mütəxəssislər hamilə qadınların saç spreyi istifadə etməməsini bildirib. Onlar oğlan uşaqlarında ən çox rastlanan doğuşdan xəstəliyin saç spreylərində olan kimyəvi maddələrin səbəb ola biləcəyini açıqlayıb.

Uşaq həkimləri saç spreyi və bəzi rəngləndirmə şampunlarının istifadəsinin xalq arasında peyğəmbər sünnəti olaraq bilinən “hypospadias” riskini artırdığını söyləyir. Hipospadias hər 250 kişidən birində görülür və irəli yaşlarda kişinin münasibətlərini və özünəinamına təsir edərək duyğusal travmaya səbəb olur. Xəstəliyin eyni zamannda testis və fertilite problemləri ilə bağlı olduğu bilinir.

Yaxın zamanda aparılan araşırmaya görə, saç baxım məhsulları istifadə edən anaların oğullarının bu xəstəliklə dünyaya gəlmə riski ikiqat artıb. Kosmetik məhsulların tərkibindəki kimyəvi maddələr kişilik hormonlarını pozur və hamiləliyin önəm daşıyan ilk üç ayında əmələ gələn kişi cinsi orqanına təsir edir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.