Sabaha olan hava proqnozu açıqlanıb

09 Mayıs 2017
1 092
0
Sabaha olan hava proqnozu açıqlanıb
Mayın 10-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Feat.Az
bildiir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə 14-16° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında
hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET