Mobil telefon bakteriya mənbəyidir
Mobil telefon ayaqyolu qapısının dəstəyindən daha təhlükəlidir. Belə ki, telefonun üzərində dəstəkdən təhlükəli mikrob və bakteriyalar olur. "Daily Mail"in məlumatına görə, bu nəticə “Which?” (Hansı?) istehlakçı təşkilatı tərəfindən aparılan araşdırmadan sonra əldə edilib.
Araşdırma çərçivəsində 30 mobil telefon tədqiq edilib. Onlardan 7-də çox təhlükəli bakteriyalar tapılıb. Bakteriyaların təhlükəlilik dərəcəsi araşdırmaçıları belə heyrətə salıb. Bu bakteriyalar hətta mədə problemləri yaradacaq qədər təhlükəli olub.
Mütəxəssislərin sözlərinə görə, mobil telefonları bakteriyalardan uzaq tutmağın ən yaxşı yolu onları tez-tez spirtli dəsmalla silməkdir.