Sabahın HAVA PROQNOZU: Temperatur 3-5 dərəcə enəcək, güclü külək əsəcək, şaxta olacaq

19 Ocak 2018
1 770
0
Sabahın HAVA PROQNOZU: Temperatur 3-5 dərəcə enəcək, güclü külək əsəcək, şaxta olacaq
Azərbaycanda yanvarın 20-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında
yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

ETSN xəbərdarlıq edir ki, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (62)
21:00
608

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (62)

21.09.2019 Gündəlik Bürclər (21 Sentyabr 2019 Günlük Bürclər)
20:00
2 014

21.09.2019 Gündəlik Bürclər (21 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (267)
19:00
806

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (267)

Qığılcım Yazılı Şəkillər 2019 (85)
18:00
646

Qığılcım Yazılı Şəkillər 2019 (85)

Dərialtında ağrını hiss etdirən orqan
17:00
104

Dərialtında ağrını hiss etdirən orqan

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR
16:00
240

Məşhurların İnstaqramda paylaşdıqları - FOTOLAR

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (48)
15:00
669

Dəyərli Sözlər Yazılı Şəkilləri 2019 (48)

Ağıl geriliyinə nə səbəb ola bilər?
14:00
103

Ağıl geriliyinə nə səbəb ola bilər?

Bürclər Haqqında Maraqlı Məlumatlar (592) - Fotolar
13:00
360

Bürclər Haqqında Maraqlı Məlumatlar (592) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ