Bakıda nişanlı cütlüyün faciəvi ölümü
Faktla bağlı araşdırma aparılır.
Bakıda nişanlı cütlük bədbəxt hadisə nəticəsində ölüb.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.
Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.