Prezident avtomobilini 1 milyona satmadı

08 Kasım 2014
910
0
Prezident avtomobilini 1 milyona satmadı
Prezident avtomobilini 1 milyona satmadı

Dünyanın ən yoxsul dövlət başçısı olan Uruqvay prezidenti Xoze Muhika isə kolleksiyaçıların 1 milyon dollarlıq təklifini qabul etməyib. Milyoner olmaq istəməyən prezident, 1 milyon dolların müqabilində köhnə maşınını vermək istəməyib.

Xoze Muhika dünyanın dünyada ən yoxsul prezidentdir. Ancaq hələlik.

Çünki ona Uruqvay prezidentini milyonerə çevirə biləcək bir təklif səsləndirilib.

Muhikanın 1987-ci istehsalı bir avtomobili var. Bir ərəb şeyxi isə yoxsul prezidentə retroya çevrilən bu avtomobili almaq istəyini çatdırıb. Özü də düz 1 milyon dollara.

Ancak Uruqvay lideri təklifi geri çevirib. 79 yaşlı dövlət başçısının bu çılğın təklifə etiraz etməsinə səbəb isə itidir. Çünki bu itin 3 ayağı var və onu mütəmadi olaraq baytara aparmaq üçün prezidentə maşın lazımdır.

Aylıq 12 min dollar olan maaşının 90 faizini kasıblara bağışlayan prezident, həyat yoldaşı ilə birlikdə köhnə bir həyət evində qalır. Onları iki mühafizəçi və bir də 3 ayaqlı itləri qoruyur.

Suyunu həyətindəki quyudan çıxaraq Uruqvay lideri, gələcəkdə avtomobilini satmaq haqqında düşünəcəyini ancaq bundan əldə edəcəyi pulu da evsizlərə bağışlayacağını deyib.

Uruqvay lideri 1 milyon dollarlıq təklifi hələlik geri çevirsə də kasıbların xətrinə gələcəkdə qəbul edə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.