Ronaldu karantinə görə klub rəhbərliyi ilə mübahisə etdi

09 Ekim 2020
749
0
Ronaldu karantinə görə klub rəhbərliyi ilə mübahisə etdi
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyi ilə mübahisə edib.

Feat.A
z "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna Turin təmsilçisinin bütün oyunçularının karantinə alınması səbəb olub. Klubun iki işçisi koronavirusa yoluxub.

Ronaldu oktyabrın 7-də Portuqaliya millsinin heyətində İspaniyaya qarşı (0:0) yoldaşlıq görüşündə iştirak edib. Təcrübəli forvard karantin səbəbindən ona icazə verməyən klub rəhbərliyinin qərarından narazı qalıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. Ronaldu bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub. Ulduz futbolçunun klubla sözləşməsi 2022-ci ildə başa çatacaq.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.