Bunlar hər bir adamı xoşbəxt edir - SİYAHI

24 Kasım 2014
1 248
0
Bunlar hər bir adamı xoşbəxt edir - SİYAHI
Bunlar hər bir adamı xoşbəxt edir - SİYAHI


Çox vaxt bizə ən sadə şeylər zövq verir. Dadına baxa, barmaqlarımızla toxunub hiss edə və sevimli ətrimizi duymaqla nəfəs ala bildiyimiz şeylər... Bu xəbər bütün duyğuları ilə yaşayan və ən xırda şeylərdə xoşbəxtlik tapa bilən insanlara həsr edilir. Axı bəzən əhval-ruhiyyəmizi yüksəltmək üçün sadəcə bunlar kifayətdir:

1.Uzun müddətli əzab-əziyyətdən sonra ayyaqqabını çıxartmaq.

2.Qarabaşaq və ya düyü ilə dolu torbaya əlini salmaq.

3.Körpənin yumuşaq, hamar yanağından öpmək.

4.Bağlama paketlərindəki qabarcıqları "partlatmaq".

5.Soyuq yastığa yanağını qoymaq.

6.Məhz istədiyiniz temperaturda olan su ilə duş qəbul etmək.

7.Sevimli yeməyinizdən ilk sizin yeməyiniz.

8.Ağır gündən sonra və ya yuxusuz gecədən sonra yatağa düşmək.

9.Xoşunuz gələn birini ilk dəfə öpmək.

10.Yeni kitabın ətrini iyləmək.

11.Səhər qəhvənin ilk qurtumunu içmək.

12.Cənub günəşinin şüalarını üzərində hiss etmək.

13.Axşam çimərliyinin isti qumu üzərində gəzmək.

14.Yeni ütülənmiş, təmiz paltarı geyinmək.

15.Yay yağışı altında gəzmək.

16.İsti gündə soyuq suya baş vurmaq.

17.Masaj seansında olmaq.

18.Ayaqyalın ot üzərində qaçmaq.

19.Şimşək çaxdıqdan sonra ozon iyilə tənəffüs etmək.

20.Sevimli it və ya pişiyinin tükləri ilə oynamaq.

21.Qızmar günorta saatlarında soyuq su içmək.

22.Saç kəsimindən sonra saçlara toxunmaq.

23.Soyuqdan donmuş əlləri ocaqda istiləmək.

24.Uzun zaman alınmadıqdan sonra asqırmaq.

25.Qucağında olan pişiyin mırıldamasını eşitmək.

26.Zeytun yağı ilə qızdırılmış tavaya bir neçə saniyə öncə atılmış sarımsağın ətrini hiss etmək.

27.Xırda muncuqlar toplamaq və ya barmaqların arasına nazik metal zəncir keçirtmək.

28.Yeni diş fırçası ilə dişləri təmizləmək.

29.Eynəyi yeni təmizlədikdən sonra geyinmək.

30.Maşınla yüksək təpədən enərkən, qonşunun necə paxıllıq çəkdiyini hiss etmək.

31.Çox darıxdığınız birini qucaqlamaq.

32.Əlinizdə quruyan yapışqanı ikinci dəri kimi əlinizdən çıxartmaq.

33.Axşam evə gəlib bütün narahat paltarları çıxartmaq.

34.Pəncərə arxasında yağış yağarkən isti yorğana bürünmək.

35.Təmiz döşəküzündə yatmaq.

36.Uşaqlıqdan tanış olan ətri hiss etmək.

37.Sevdiyin birini zərifcə dişləmək.

38.Qızaran kabab iyini hiss etmək.


EDit__Əlinin Aşkı_
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.