Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO

01 Aralık 2014
2 442
0
Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO
Bakıdakı uşaq bağçasında körpə qıza belə mənəvi işgəncə verirlər - VİDEO

Bakının uşaq bağçasında körpələri belə incidirlər.

Feat.az Milli.Az saytına istinadən bildirirki, Bakının uşaq bağçalarından birində yaşanan bu olay İnternetdə də yayılıb. Tərbiyəçilərin və sanitarların əhatəsində olan körpə qız ağlayır və “nənəmi istəyirəm” deyir. Bu məqamda bağçanın qadın əməkdaşlarından biri gülərək digərlərinə: “Ona dedim ki, nənən ölüb, darvazanın ağzındadır”, - deyir.

Digər diqqət çəkən məqam isə tərbiyəçilərdən birinin uşağı üzr istəməyə vadar etməsidir.

Məsəyə münasibət öyrənmək üçün Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Sektorunun müdiri Nərminə Alnağıyeva ilə əlaqə saxladıq. O bildirdi ki, məkəbəqədər təhsil müəssisələrində tabeçilik qaydası dəyişdirildiyi üçün orada baş verənlərlə bağlı Təhsil Nazirliyi cavabdeh deyil. Paytaxtdakı bütün uşaq bağçalarının Bakı Şəhər İcra Hakimiyyətinə tabe olduğunu bildirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov isə Milli.Az-ın əməkdaşı ilə söhbətində dedi ki, həmin hadisə araşdırılacaq, hadisənin baş verdiyi bağçanın müdiri də, həmin qrupdakı tərbiyəçi və sanitarlar da ən sərt şəkildə cəzalanacaqlar.


IzLə...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.