Elnur Hüseynov Türkiyəni Ayağa Qaldırdı - VİDEO

02 Aralık 2014
2 247
0
 Elnur Hüseynov Türkiyəni Ayağa Qaldırdı - VİDEO
 Elnur Hüseynov Türkiyəni Ayağa Qaldırdı - VİDEO

“O səs Türkiyə”nin bugünkü buraxılışında “Eurovision 2008”də ölkəmizi təmsil edən Elnur Hüseynov çıxış edib.

FeaT.Az-ın məlumatına görə, Sem Smitin "Lutch" mahnısını ifa edən Elnur bütün münsif heyətini özünə tərəf döndərib.

Münsiflərin istəyi ilə daha üç mahnı oxuyan Elnur Hüseynov müğənni Sertab Ərənərin repertuarından "Aşk" mahnısı ilə günə damğasını vurub.

Bütün zalı özünə heyran edən həmyerlimiz haqqında müğənni Gökhan Özoğuz "İştirak etdiyim iki il ərzində elə yarışmaçı görməmişdim" söyləyib.

Eləcə də digər münsiflər müğənnilər Ebru Gündəş, Hadisə, Mazhar və Özkan Elnurun çıxışını indiyə qədərki ən yaxşı çıxış adlandırıblar.

"Eurovision"dakı ilk təmsilçimiz sonda Ebru Gündeşi seçib. Elnur səhnəni tərk etdikdən sonra Gökhan "Elnurun çıxışıyla bu yarışmanın reytinqi çox qalxdı" deyib.
axsam.az


RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.