Britaniyada uşaqlara ən çox qoyulan ad - Məhəmməd

05 Aralık 2014
1 136
0
Britaniyada uşaqlara ən çox qoyulan ad - Məhəmməd
Britaniyada uşaqlara ən çox qoyulan ad - Məhəmməd


Britaniyada yeni doğulan oğlanlar arasında "Məhəmməd" adı ən çox qoyulan ad olub.

"Məhəmməd" adı siyahıda ölkə üçün ənənəvi olan Oliver, Cek, Noy, Harri, Çarli və Ceyms kimi adları geridə qoyub.

Bu il ərzində siyahıda 27 pillə irəliləyən ad lider olmağı bacarıb.

"Ərəb ailələrində ənəvi olaraq ilk doğulan oğlanı "Məhəmməd" adlandırırlar. Müsəlman adlarının populyarlıq qazanması Britaniyada mədəni çoxnövlülüyün inkişafına dəlalət edir", - deyə "The Mirror" qəzetinin baş redaktoru bildirib.

Son dövrlərdə yeni doğulan oğlanlar arasında Ömər, Əli və İbrahim kimi adlar da populyarlıq qazanıblar.

Qadın adlarına gəldikdə isə, burada Sofi, Emili və Lili adları liderlik edir. Bununla yanaşı, reytinqə Məryəm və Nur kimi ərəb ölkələrində geniş yayılan adlar da daxil olub. Məryəm adı 59 adı üstələyərək 35-ci yerə çıxa bilib. Nur adı isə birinci dəfə reytinqə daxil olub və 29-cu yerdə qərarlaşıb.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.