Zaur dünyasını dəyişən gəncdən danışdı.

03 Aralık 2014
2 656
0
Zaur dünyasını dəyişən gəncdən danışdı.
Zaur dünyasını dəyişən gəncdən danışdı.



ATV-nin aparıcısı Zaur BaxşəliyevÖz aramızda” verilişinə müraciət edən Vüsal adlı gəncin dünyasını dəyişməsi səbəbindən gərgin anlar yaşayıb.

BiG.Az saytı axsam.az saytına istinadən bildirir ki, aparıcı dünənki verilişini skalyoz xəstəsi olan 17 yaşlı Vüsala həsr edib.

Hadisədən çox təsirləndiyini deyən Z.Baxşəliyev təəssüratlarını bölüşüb:

Bu xəbəri eşidəndə hər birimiz üzüldük. Vüsal bizim üçün əziz, mehriban bala idi. Ona dəstək olan, kömək edən hər kəs pis oldu. Gecə saat 3-ə işləmiş dünyasını dəyişdi. Verilişə qədər gərgin anlar keçirdim.

Bu xəbəri səhər tezdən aldım. Dəfnində iştirak etdim. Onun ən böyük arzusu düzəlmək, sağalmaq idi. Həmişə zarafatla deyirdim ki, Vüsal, yəni sən düzələcəksən? Özünün böyük istəyi, arzusu var idi.

İlk vaxtlar verilişə gələndə onu qəbul etmək istəmirdim, sözlərinə əhəmiyyət vermirdim. Bilmirəm niyə, amma heç vaxt onun müraciətinə baxmırdım. Sonda qəbul etdim... Özümü güclə saxlayıram, nə qədər dərman içmişəm ki, efirə çıxa bilim. Ən pisi isə odur ki, əməliyyat çox uğurla keçdi. Biz şad xəbər aldıq, amma 12 saat sonra Vüsalın trompdan dünyasını dəyişdiyini eşitdik
”.

Vüsalı əməliyyat edən Yusif həkim isə dünyasını dəyişən gənclə bağlı bunları deyib:
Əməliyyat uğurla keçdi, sağ tərəfi qabırğa ilə təmin edildi. İlkin gözlədiyimizdən uğurlu əməliyyat alındı. Hətta valideynlərinə xoş xəbər verdim, çox sevindilər. Vüsal ayaqlarını, əllərini tərpədirdi, danışırdı.

İki gün sonra növbəti əməliyyatı edə biləcəkdik. Ağ ciyərin kəskin dayanması, ağızdan köpük gəlmə, tromp baş verdi. Gözlənilmədən vəziyyəti ağırlaşdı, biz aparatı söndürməli olduq. 1 saat səy göstərildi, amma nəticədə cəhdlər baş tutmadı
”.

ALLAH rehmet eləsin...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.