Happy Birthday mahnısının tarixçəsi.

15 Aralık 2014
1 823
0
Happy Birthday mahnısının tarixçəsi.
Happy Birthday mahnısının tarixçəsi.

Dünyada indiyə qədər ən çox şöhrət qazanmış, ən çox oxunan və hələ də oxunmaqda olan mahnı hansıdır soruşsaq, ilk ağla gələn mahnı hər birimizə tanış olan "happy birthday" mahnısı olar.

Bu mahnı hamı tərəfindən tanınır, musiqisi dillər əzbəridir.

Doğum günlərinin ayrılmaz hissəsinə çevrilən "happy birthday" mahnısı yaradılarkən ondan ad günlərində istifadə olunacağı heç kimin ağlına gəlməmişdi.

Bu,1893-cü ildə ABŞ-da Kentukkidə müəllimə işləyən iki bacının şagirdlərin hər gün səhər oxuması üçün bəstələdiyi mahnıdır. Mahnı bəstələnərkən onun adı "'Good Morning to All" – "Sabahınız xeyir!" olub.

Bacılardan Mildred Hill mahnının musiqisini bəstələyib və o, eyni zamanda, kilsələrdə, konsertlərdə pianoçu kimi də fəaliyyət göstərib. Mahnının sözlərini yazan Patti isə Mildreddən düz doqquz yaş kiçik imiş.

1916-cı ildə Mildred 57 yaşında vəfat edir. Onun ölümündən bir neçə il sonra bəstələdiyi mahnı "Happy birthday" kimi oxunmağa başlayır.

Hill bacıları öz mahnılarının müəllif hüququnu hələ 1893-cü ildə almışdılar. Amma Robert Koleman adlı bir nəfər bacılardan icazəsiz mahnının sözlərini "happy birthday" ilə dəyişdirir. Mahnı bir müddət sonra o qədər məşhur oldu ki, onun yaradıcıları unuduldu.

Sonda mahnı Brodveydə doğum günü formatında istifadə olunduqda ailənin üçüncü qızı Cessika məhkəməyə müraciət edir. Bəstənin, doğrudan da, onlara aid olduğunu sübut edir və mahnının bütün hüquqlarına ailəsinin adından sahib çıxır. Bundan sonra mahnının istifadə olunduğu hər yerdə Hill ailəsinə müəllif hüquqlarına görə təzminat ödəmək lazım gəldi.

Bu xəbər bütün dünyanı şoka saldl. Telefonla yarım milyon adama ad günlərində melodi həsr edən reklam və marketinq şirkətləri bu mahnıdan üz döndərdilər.

Patty Hill 78 yaşında öz dünyasını dəyişdikdən sonra yenidən hər kəs tərəfindən oxunmağa başladı.

Hazırda mahnının müəllif hüquqları Varner Çappel Musiqi Şirkətinə verilib. Bundan sonra mahnının ticari məqsədlərlə istifadə olunduğu hər yerdə şirkətə təzminat ödəmək şərtdir. Hesablamalara görə, sözügedən təzminat ildə 1 milyon dollara yaxın qazanc gətirir.


kult.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.