Sabah hava necə olacaq?

15 Aralık 2014
1 723
0
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


Sabah gündüz qərb rayonlarından başlayaraq, ölkə ərazisində yağıntılar tədricən kəsiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Temperaturun gecə 3-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.