Novruz bayramında Günəş tutulması olacaq

21 Aralık 2014
1 598
0
Novruz bayramında Günəş tutulması olacaq
Novruz bayramında Günəş tutulması olacaq


Gələn ilin Novruz bayramında Azərbaycandan Günəş tutulması müşahidə olunacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2015-ci ilin ilk tam Günəş tutulması martın 20-sinə təsadüf edəcək. Onun sözlərinə görə, bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq.

X. Mikayılov qeyd edib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatacaq:

"Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Belə ki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Vətəndaşların Günəş tutulmasını müşahidə edərkən Günəş eynəklərindən istifadə etmələri məsləhətdir".

X. Mikayılov qeyd edib ki, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək.


R.T.ZemichKa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.