Bu da “Eurovision-2015”in aparıcıları [FOTO]

23 Aralık 2014
1 834
0
Bu da “Eurovision-2015”in aparıcıları [FOTO]
Bu da “Eurovision-2015”in aparıcıları [FOTO]



Müsabiqənin "Green-room”unda isə bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq
Vyana şəhərində keçiriləcək "Eurovision-2015” mahnı müsabiqəsini ORF teleradioyayım kompaniyasının qərarına əsasən üç xanım aparacaq.

Bu xanımlar möhtəşəm tədbirlərin aparılmasında böyük təcrübəsi olan Miryam Vaykselbraun, Alis Tumler, Arabella Kisbauerdir. Onların hər üçü Avstriya ilə yanaşı, digər ölkələrdə də nüfuzlu proqramlara aparıcılıq ediblər.

Otuz üç yaşlı Miryam Vaykselbraun "MTV European Music Awards” və "MTV Video Music Awards” mərasimlərini, həmçinin "Rock Am Ring” və "German Film Prize” festivallarını tamaşaçılara təqdim edib.

Beş əcnəbi dildə danışan otuz beş yaşlı Alis Tumler ARTE fransız-alman telekanalında musiqi proqramlarını, Fransa televiziyası üçün səyahət verilişini, "KORA All African Music Awards” mərasimini aparıb.

Qırx beş yaşlı Arabella Kisbauer isə Almaniyada 10 il tok-şouya aparıcılıq edib.

Müsabiqənin "Green-room”unda isə bu yarışmanı ölkəsinə gətirən Konçita Vurst olacaq.

Qeyd edək ki, "Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.



Bu da “Eurovision-2015”in aparıcıları [FOTO]



Bu da “Eurovision-2015”in aparıcıları [FOTO]
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.