Görməmişliyin yeni "həddi"ni göstərdi

05 Ocak 2015
1 083
0
Görməmişliyin yeni "həddi"ni göstərdi
Görməmişliyin yeni "həddi"ni göstərdi

"Ailəm yaşamımdan nigarandırsa, heç bir problem yoxdur. Narahat olmayın, hər şey əladır! O qədər pul qazanıram ki, qoymağa yer tapmıram. Məni tanıyanlara isə deyirəm ki, buyurun, baxın - pullarım çoxdur, lap çox. Bu pullara baxanda paxıllıqdan ağlamayın. Rumıniyada yoxsul, kasıb, ümidsizdim. İndisə o qədər pul qazanıram ki, onları cibimə qoysam, yeriyə bilmərəm".

"Mazeratti-li görməmiş" (The Redneck with a Maseratti) kimi tanınan rumın Petre Kraetenin çəkdiyi və YouTube-dakı profilinə yerləşdirdiyi video onu qısa müddətdə "məşhur"laşdırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Londondak şirkətlərdən birində cangüdən işləyən P.Kraete əlbayaxa döyüşlə məşğul olur.

O, 4 saatlıq işi ərzində qazandığı pulları 20 funt-sterlinqlik əskinaslarla alıb, sonra bu pullarla video çəkdirib.

2011-2012-ci illərdə P.Kraete Britaniyanın məşhur əlbayaxa döyüş ustası Aleks Ridin cangüdəni olmuşdu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.