4 QB əməli yaddaşlı smartfon

09 Ocak 2015
2 374
0
4 QB əməli yaddaşlı smartfon
4 QB əməli yaddaşlı smartfon

Asus şirkəti CES 2015 beynəlxalq elektronika sərgisində 2,3 QHs takt tezlikli Intel Atom Z3580 prosessoru və 4 QB əməli yaddaşla təchiz edilmiş qabaqcıl Asus ZenFone 2 smartfonunu nümayiş etdirib. Qurğu Android 5.0 Lollipop platforması ilə işləyir.
ZenFone 2 smartfonu Full HD (403 ppi) təsvir ölçülü 5.5 düymlük TruVivid sensor ekranı və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.
Zenfone 2 smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən PixelMaster texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası iPhone 6 Plus, Samsung Galaxy Note 4 və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda microSD kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və LTE Cat 4 modulu ilə təchiz edilib.
Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.